Ana Sayfa > Karusel / Gündəm > Qaradağda nişan mərasimi keçirmək istəyən şəxslər cərimələnib

Qaradağda nişan mərasimi keçirmək istəyən şəxslər cərimələnib


9-12-2020, 19:14. Yazar: Admin

 

Qaradağda nişan mərasimi keçirmək istəyən şəxslər cərimələnib

Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.

Qarabaginfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alınıb.

Mərasimin təşkilatçısı, Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.


Geri dön