Ana Sayfa > Karusel / Qarabağ > “Laçın” İstirahət Kompleksinə media-tur təşkil olunub

“Laçın” İstirahət Kompleksinə media-tur təşkil olunub


29-05-2025, 11:12. Yazar: Admin

 Laçın yenidən sülh və əmin-amanlıq dövrünə qayıdıb- ÖZƏL

Laçın rayonunun Zerti kəndində inşa olunan “Laçın” İstirahət Kompleksinə media-tur təşkil olunub.

Qarabaginfo.az xəbər verir ki, istirahət mərkəzinin icraçı direktoru Moris Kərimov bildirib ki, mərkəzin ümumi ərazisi 11,2 hektardır. Burada sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi qurulub.

M.Kərimov bildirib ki, mərkəzdə müxtəlif kateqoriyalı 120 otaqlı hotel binası və 8 kottec inşa edilib: "Hotel və kotteclər ümumilikdə 324 nəfərin istirahəti üçün nəzərdə tutulub. Qonaqların normal istirahətinin təmin olunması üçün hər iki məkan müasir tələblər səviyyəsində inşa edilib.

Kompleksdə işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, o cümlədən, 100 nəfərlik konfrans zalı və toplantı otağı da yaradılıb”.

İcraçı direktor əlavə edib ki, istirahət mərkəzində vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif əyləncə məkanları da qonaqların ixtiyarına verilib: "Buraya karaoke, bilyard, VR oyun zonaları və uşaq əyləncə mərkəzi daxildir. Həmçinin istirahət kompleksinin ərazisində futbol və basketbol meydançaları inşa olunub, velosiped və yürüş zolaqları salınıb".

O, mərkəzdə çalışacaq 174 nəfərdən 122-sinin Laçın və Kəlbəcər rayonlarının, həmçinin azad edilmiş digər ərazilərin sakinləri olduğunu vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib.


Geri dön