Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Ordusunun hərbçiləri Pakistanda keçirilən kursda iştirak ediblər
Azərbaycan Ordusunun hərbçiləri Pakistanda keçirilən kursda iştirak ediblər29-05-2025, 10:41. Yazar: Admin |
Pakistanda Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə keçirilən kurs Pakistan İslam Respublikasında Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, müvafiq kursu uğurla başa vuran hərbi qulluqçularımızın Azərbaycana qayıtması münasibətilə tədbir keçirilib. Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyətinin mütəxəssislərinin iştirakı ilə keçirilən kurs Kurs müddətində hərbi mütəxəssislərimiz dost və qardaş ölkə Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyət göstərərək yüksək nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər Vətənə qayıdan hərbi qulluqçularla görüşən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirib. Kursu müvəffəqiyyətlə başa vuran heyət mükafatlandırılıb Geri dön |