Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > KİV: İran müəyyən şərtlər daxilində uranın zənginləşdirilməsini dayandırmağa hazırdır
KİV: İran müəyyən şərtlər daxilində uranın zənginləşdirilməsini dayandırmağa hazırdır28-05-2025, 22:58. Yazar: Admin |
Əgər ABŞ İranın dondurulmuş aktivlərinə azad etməyə və uranı dinc məqsədlərlə zənginləşdirmə hüququnu tanımağa razı olsa Tehran bir il müddətinə uranın zənginləşdirilməsini dayandıra bilər. Qarabaginfo.az xəbər verir ki, bu haqda "Reuters" İrandakı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin fikrincə, əgər ABŞ İranın şərtlərini qəbul etsə, iki tərəf siyasi razılaşmaya nail ola bilər. Bildirilir ki, bu məsələ hələlik ABŞ-ın danışıqlar aparan komandası ilə müzakirə olunmayıb. Belə bir razılaşma olsa İran bir il ərzində uranı zənginləşdirməyi dayandıracaq, yüksək səviyyədə zənginləşdirilmiş uranın bir hissəsi digər ölkələrə göndəriləcək və ya dinc məqsədlərlə yanacağa çevriləcək. "Reuters"in yazdığına görə, ABŞ dəfələrlə bildirib ki, İranın nüvə proqramı ilə bağlı yeni saziş, zənginləşdirmənin tamamilə dayandırılmasını nəzərdə tutmalıdır. Çünki bu prosesin nüvə silahı istehsalı məqsədilə istifadə oluna biləcəyindən narahatdırlar. İran isə dəfələrlə bəyan edib ki, belə bir silah istehsal etmək niyyətində deyil. Qeyd edək ki, İran və ABŞ nümayəndələri 23 may tarixində Romada İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə beşinci dəfə danışıqlar aparıblar. Bu danışıqlarda vasitəçi kimi Oman çıxış edib. Geri dön |