Ana Sayfa > Karusel / Gündəm > AZƏRBAYCANDA 4 403 NƏFƏR COVID-19-A YOLUXUB 42 NƏFƏR VƏFAT EDIB

AZƏRBAYCANDA 4 403 NƏFƏR COVID-19-A YOLUXUB 42 NƏFƏR VƏFAT EDIB


9-12-2020, 16:14. Yazar: Admin

 

 





Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 403 yeni yoluxma faktı qeydə alınıb, 2 919 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan
Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 158 555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 96 330 nəfər müalicə olunaraq sağalıb, 1 755 nəfər vəfat edib, aktiv xəstə sayı 60 470 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 066, ötən müddət ərzində isə ümumilikdə 1 884 578 test aparılıb.

 


Geri dön