Ana Sayfa > Karusel / Manşet / Qarabağ > Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb27-05-2025, 15:52. Yazar: Admin |
Mayın 27-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Dövlət başçısını salamlayan sakinlər deyiblər: Xoş gəlmisiniz, cənab Prezident. Prezident İlham Əliyev: Sağ olun. Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük. Prezident İlham Əliyev: Salam, necəsiniz? Sakin: Çox sağ olun. Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi? Sakin: Bəli, birinci gələnlərdənik. Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək? Prezident İlham Əliyev: Olar, çəkdirək. Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır. Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var? Sakin: Beş. Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var. Sakin: Bəli, bəli. Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız? Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu. Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq. Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən. Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa. Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya. Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin. Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır? Sakin: Bəli, əladır, çox gözəldir. Prezident İlham Əliyev: Həyətyanı sahə var? Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident. Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm. Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]()
Geri dön |