Ana Sayfa > Karusel / Cəmiyyət > Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub

Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub


27-05-2025, 15:27. Yazar: Admin

 

Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimatı olub

Mərkəzi Elmi Kitabxanada jurnalist, yazıçı-publisist, "bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin Həzinin yeni kitabının təqdimatı keçirilib.

Qarabaginfo.az xəbər verir ki, kitabın təqdimat mərasimində yazıçının qələm dostları, mədəniyyət-ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə tanınmış jurnalist Qulu Məhərrəmli açıb. O, Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabı haqqında məlumat verib.

Daha sonra yazıçı Seyran Səxavət, deputat Qüdrət Həsənquliyev və digərləri çıxış edib.

Sonda müəllif oxucular üçün kitab imzalayıb.

Qeyd edək ki, kitabın redaktorları Orxan Musa və Mübariz Piridir. "Göyün cazibə qüvvəsi" Bahəddin Həzinin sayca ikinci kitabıdır. Bundan əvvəl müəllifin "Ölümcül həqiqətlər" kitabı çap olunub və maraqla qarşılanıb.


Geri dön