Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qarabağ Universitetinə ayrılan vəsait açıqlanıb
Ana Sayfa > Karusel / Təhsil > Qarabağ Universitetinə ayrılan vəsait açıqlanıb

Qarabağ Universitetinə ayrılan vəsait açıqlanıb


27-05-2025, 11:03. Yazar: Admin

Qarabağ Universitetinə ayrılan vəsait açıqlanıb

Ötən il Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsi üçün 10 milyon manat vəsait ayrılıb.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb.

Məlumata görə, Xankəndi şəhərində abadlıq və bərpa-quruculuq işlərinin davam etdirilməsi üçün isə 8 milyon manat ayrılıb.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 244,8 milyon manat vəsait istifadə olunub.


Geri dön