Ana Sayfa > Karusel / İdman > Ötən il "Formula 1"-ə 168 mln. manat xərclənib
Ötən il "Formula 1"-ə 168 mln. manat xərclənib27-05-2025, 11:02. Yazar: Admin |
Ötən il dövlət büdcəsindən “Formula 1 Azərbaycan Qran-Prisi” üçün 168 milyon manat vəsait xərclənib. Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabat”da əksini tapıb. Digər tədbirlər üzrə büdcədən ayrılan vəsait 1 milyon manatdan az olub. Qeyd edək ki, 2024-cü il dövlət büdcəsindən ümumilikdə beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün 195,9 milyon manat məbləğində vəsait istifadə edilib. Geri dön |