Ana Sayfa > Karusel / Cəmiyyət > Dördüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşəcək
Dördüncü zəvvar qrupu sabah Həcc ziyarətinə yola düşəcək27-05-2025, 08:27. Yazar: Admin |
Azərbaycandan Həcc ziyarətinə gedən dördüncü zəvvar təyyarəsi sabah, mayın 28-də yola düşəcək. Bu barədə Qarabaginfo.az-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. Onun sözlərinə görə, hər təyyarədə 4 qrup olacaq. Qrupların hər biri 45 nəfərdən ibarətdir. V. Cahangiri bildirib ki, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq. Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir. Geri dön |