Ana Sayfa > Karusel / Dünya > Fransalı jurnalist: Fransada müsəlmanlar terrorçu kimi qələmə verilir, bu da islamofobiyanı təşviq edir
Fransalı jurnalist: Fransada müsəlmanlar terrorçu kimi qələmə verilir, bu da islamofobiyanı təşviq edir26-05-2025, 16:08. Yazar: Admin |
"Bu gün Fransada müsəlmanları terrorçu kimi qələmə verirlər. Bu da islamofobiyanın daha da təşviqinə səbəb olur". Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda təşkil olunan "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" adlı beynəlxalq tədbirin "İslamofobiya Media və Rəqəmsal Platformalarda: Süni İntellekt Sistemləri İslamofob fikirləri necə tətbiq edib gücləndirə bilər" mövzusunda panelində fransalı jurnalist Jan Mişel Brun deyib. O, Fransanın xarici siyasətində mövcud olan münaqişəli vəziyyətin Türkiyə, Əlcəzair və Azərbaycana qarşı münasibətdə özünü göstərdiyini bəyan edib: "Bu da ədavət və nifrəti qidalandırır. Nəticə etibarilə bir stereotipdən digəri qaynaqlanır. Bu gün Fransada müsəlmanları terrorçu kimi qələmə verirlər. Bu da islamofobiyanın daha da təşviqinə səbəb olur. Məsələn, Qarabağın işğaldan azad edilməsi xristianlara qarşı müharibə kimi qələmə verilir. Sadəcə "İslamofobiya" sözünü söyləmək belə sizin üçün problemlər yarada bilər. Bu sözün özü sadəcə sistematik ədavətə bərabər olmaqla, Fransada böyük problemlərdən birinə çevrilib. Müəyyən telekanallar da İslam dini və Fransa arasındakı ortaqlıqdan danışır. Məsələn, islamçı qeyri-hökumət təşkilatları terrorçu kimi qələmə verilir. Xəbər proqramları müsəlmanları aşağı və zəif səslə efirə verir, onların fikirlərini daha az tirajlayır. Fransız media sahibləri İslamofobiyaya baxışlarını açıq şəkildə biruzə verir. Hesab edirəm ki, İslamofobiya problemini həll etmək üçün danışıqlara son qoymaq lazımdır. Bizə media islam və müsəlmanların kimliyini dərk etmək üçün, kitablar isə Ərəb bəşəriyyətinin dünyaya verdiyi töhfələri anlamaq üçün lazımdır. Bütövlükdə fransız mediasındakı meyllərə qarşı mübarizə aparmaq üçün bizə maliyyə imkanları lazımdır. Bu istiqamətdə sənədli filmlər çəkilməli, kitablar yazılmalıdır. Müsəlmanların dünyada layiq olduğu şərəfli yeri tutması üçün maliyyə vəsaitinə ehtiyac var". Geri dön |