Azərbaycan və Ukrayna xarici işlər nazirləri Ceyhun Bayramov və Andrey Sibiqa arasında görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi müzakirə mövzusu olub.
Qarabaginfo.az xəbər verir ki, bunu Andrey Sibiqa bildirib.
Ukraynanın Avropanın ən böyük qaz anbarına sahib olduğunu söyləyən Andrey Sibiqa Cənub Qaz Dəhlizinin inkişafını vacib sayıb.