Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda kərə yağı istehsalı azalıb

Azərbaycanda kərə yağı istehsalı azalıb


24-05-2025, 14:27. Yazar: Admin

 

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 16,4 min ton marqarin istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin  məlumatında deyilir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 478 ton və ya 3% çoxdur. Belə ki, ötən ilin ilk 4 ayında Azərbaycanda 15,9 min ton marqarin istehsal edilmişdi.

Hesabat dövründə ölkədə 8,7 min ton kərə yağı istehsal edilib ki, bu da, illik müqayisədə 223 ton, yaxud da 2,5% azdır

Ötən ilin eyni dövründə istehsal edilmiş kərə yağının miqdarı 8,9 min ton idi.

Qeyd edək ki, bəhs olunan dövrdə ölkədə 1,778 milyard manatlıq qida məhsulları istehsal edilib.


Geri dön