Ana Sayfa > Karusel / Gündəm > Kanada Senatı ermənipərəst senatorların qondarma “DQR”-in tanınmasına dair təşəbbüsünü rədd edib

Kanada Senatı ermənipərəst senatorların qondarma “DQR”-in tanınmasına dair təşəbbüsünü rədd edib


9-12-2020, 12:36. Yazar: Admin

Kanada Senatı ermənipərəst senatorların qondarma “DQR”-in tanınmasına dair təşəbbüsünü rədd edib

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) müstəqilliyinin tanınması bir neçə saat öncə gözlənilmədən Kanada Senatında müzakirəyə çıxarılıb və rədd edilib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Kanada Senatının rəsmi “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, 53 senator qətnamə layihəsinin əleyhinə, 16 senator lehinə səs verib, 5 senator isə bitərəf qalıb.

 

 

Qondarma “DQR”-in müstəqilliyinin tanınmasını nəzərdə tutan qətnamə layihəsinin müəllifi, ermənipərəst senator Leo Housakos bunu erməni xalqı üçün kədərli gün adlandırıb. 

 


Geri dön