Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Bakıda Gürcüstanın Müstəqillik Günü qeyd olunub
Bakıda Gürcüstanın Müstəqillik Günü qeyd olunub23-05-2025, 19:55. Yazar: Admin |
Mayın 26-da Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Qarabaginfo.az xəbər verir ki, tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın yeni mədəniyyət və idman naziri Tika Ruxadze, Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova, milli məclisin deputatları və digər rəsmi şəxslər iştirak edib.
Daha sonra səfir Gürcüstan, suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə Azərbaycan və onun siyasi rəhbərliyinə təşəkkür edib, regional sülh və sabitliyin qorunması üçün əməkdaşlığa tam hazır olduğunu bəyan edib. Milli Məclisin sədri Gürcüstanın Müstəqillik günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb: “Azərbaycanla Gürcüstan arasında əlaqələrin dərin tarixi kökləri olduğunu deyən spiker Sahibə Qafarova bildirib ki, əsrlər boyu xalqlarımız birlikdə olmuş, dostluq və mehriban qonşuluq şəraitində yaşamış və daim bir-birini dəstəkləyiblər. XX əsrin əvvəllərində Gürcüstan Demokratik Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu gün isə dost və qardaş dövlətlərimiz arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır. Azərbaycan və Gürcüstan mehriban qonşuluq, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət siyasəti yeridirlər və bu, digər dövlətlər üçün də nümunədir. Biz bütün bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda çıxış edirik və bir-birimizin uğurlarına da sevinirik.” Geri dön |