Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna və ABŞ Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları tamamlayıb
Ana Sayfa > Karusel / Dünya > Ukrayna və ABŞ Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları tamamlayıb

Ukrayna və ABŞ Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları tamamlayıb


23-05-2025, 19:39. Yazar: Admin

Ukrayna və ABŞ Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları tamamlayıb

Ukrayna və ABŞ Amerika-Ukrayna Bərpa Fondunun işə salınması üçün bütün lazımi prosedurları başa çatdırıb.

Qarabaginfo.az “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko bildirib.

Onun sözlərinə görə, son addım kimi bu gün ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Juli S. Deyvisdən diplomatik nota alınıb.

“İndi rəsmi olaraq hesab etmək olar ki, Fond işə başlayıb”, - nazir “Facebook”da yazıb.

Qeyd edək ki, ABŞ və Ukrayna bir müddət əvvəl Ukraynanın bərpası üçün investisiya fondunun yaradılmasını nəzərdə tutan Ukraynanın təbii ehtiyatlarına çıxış haqqında saziş imzalayıblar.


Geri dön