Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Multimedia > Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub
Məhkəmədə Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub22-05-2025, 19:59. Yazar: Admin |
Şuşanın işğalında Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın da iştirak etməsi etirafını əks etdirən videomaterial nümayiş olunub. Videomaterialda Mnatsakanyan nələri deyir? Qarabaginfo.az xəbər verir ki, videomaterialda L.Mnatsakanyan deyir: “Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam. Bizim bölüyümüz onların bölüyünün sol tərəfində fəaliyyət göstərirdi - Şuşa qalası istiqamətində. Bizim bölüyümüz onların bölüyü ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi”. Prokurorun videomaterial barədə sualına cavab Dövlət ittihamını müdafiə edən prokurorların videomaterial barədə sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib. Ermənistan vətəndaşlarının müharibə cinayətlərinə dair məhkəmə prosesi davam edir Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 23-də davam etdiriləcək. Geri dön |