Ana Sayfa > Karusel / Gündəm > 190 manat almaq üçün yenidən qeydiyyatdan keçmək mümkün olacaqmı?
190 manat almaq üçün yenidən qeydiyyatdan keçmək mümkün olacaqmı?9-12-2020, 11:44. Yazar: Admin |
Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar 600 min nəfərə yenidən 190 manat dəyərində birdəfəlik ödəmə təyin olunacaq. Yardımı alacaq şəxslər daha öncəki sərtləşdirilmiş karantin ərəfəsində qeydiyyatdan keçmiş vətəndaşlar olacaq.
Maraqlıdır, ötən müddət ərzində həmin 600 min nəfər içərisində artıq işləyənlər var. Yaxud, həmin vaxt işləyən bir çox vətəndaşlarımız hazırda işsizdir. Belə olan halda qeydiyyat sisteminin yenidən işə salınması məqbul deyilmi?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov qeydiyyat siteminin yenidən aktivləşdirilməyəcəyini bildirib:
"190 manatı almaq üçün yenidən qeydiyyat sistemi yaradılmayacaq. Bununla bağlı gün ərzində açıqlama verəcəyik".Sfera
Geri dön |