Xocalı şəhəri və Ballıca kəndinə köç
Növbəti köç karvanı Xocalı şəhəri və rayonun Ballıca kəndinə çatıb.
Bu mərhələdə Xocalı şəhəri və Ballıca kəndinə köçürülənlər
Qarabaginfo.az xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İndiyədək Xocalı rayonuna köçürülənlərin sayı
Bu gün olan köç də nəzərə alınmaqla, Xocalı rayonunun Ballıca kəndinə cəmi 180 ailə (840 nəfər), Xocalı şəhərinə isə cəmi 86 ailə (346 nəfər) köçürülüb./APA