Ana Sayfa > Karusel / Gündəm > Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat
Şöbələr ləğv edildi - Nazirdən yeni təyinat22-05-2025, 11:10. Yazar: Admin |
|
Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib. Qarabaginfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb. Nazirliyin Şimal bölgəsində - Qusar şəhərində Quba-Xaçmaz Regional Maliyyə idarəsi yaradılıb. Quba, Şabran, Siyəzən, Xaçmaz və Qusar Maliyyə şöbələri ləğv edilərək Qusarda yerləşən regional idarədə birləşib. Hazırda Quba-Xaçmaz Regional Maliyyə idarəsində təşkilati işlər görülür. Kamran Əmirov Quba-Xaçmaz Regional Maliyyə idarəsinin rəis əvəzi təyin edilib, onun öz vəzifəsi isə qurumun rəis müavini postudur. Geri dön |