Ana Sayfa > Karusel / Sosial > Küləkli hava nə vaxtadək davam edəcək?
Küləkli hava nə vaxtadək davam edəcək?21-05-2025, 17:41. Yazar: Admin |
Bu gün saat 17:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, Gəncədə 18 m/s, Sabirabadda 17 m/s, Kəlbəcərdə 16 m/s, Bərdə, Biləsuvarda 15 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Aran rayonlarında 27, Naxçıvan MR-də 28, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir. Geri dön |