Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi
Ana Sayfa > Karusel / Kriminal > “Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi


21-05-2025, 15:55. Yazar: Admin

salyanski-kazarmanin-sabiq-xidmet-reisi-hebs-edildi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyev həbs edilib.

Qarabaginfo.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, Quliyev Şahin Varis oğlu bir qrup şəxslə əlbir olmaqla külli miqdarda rüşvət almaqda ittiham edilir.

“Salyanski kazarma” kimi tanınan mərkəzin keçmiş vəzifəli şəxsinə qarşı yekun ittiham elan edilib, cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, bir müddət əvvəl TTM-in Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadə də xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə məhkum edilib.

 


Geri dön