Ana Sayfa > Karusel / Siyasət > Siyarto: Macarıstan Türk Dövlətləri ilə strateji əməkdaşlığı genişləndirməyə hazırdır
Siyarto: Macarıstan Türk Dövlətləri ilə strateji əməkdaşlığı genişləndirməyə hazırdır21-05-2025, 14:48. Yazar: Admin |
Macarıstan hər sahədə - iqtisadi, enerji, təhsil və digər sahələrdə, Türk Dövlətləri ilə strateji əməkdaşlığı genişləndirməyə hazırdır. Biz artıq bu tərəfdaşlıqdan böyük fayda əldə etmişik və bunun böyük gələcək potensialını görürük. Qarabaginfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin iclasında deyib.. "15 il əvvəl Macarıstan Azərbaycana ilk dəfə müraciət edəndə Qərbdə bizi məsxərəyə qoyurdular. Bu gün həmin tənqidçilər indi sizin liderlərinizlə şəkil çəkdirmək üçün növbəyə dururlar" - deyə o bildirib.
Geri dön |