Ana Sayfa > Karusel / Dünya > Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb20-05-2025, 14:39. Yazar: Admin |
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir: "Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik. Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk". Geri dön |