Ana Sayfa > Karusel / Hadisə > Sumqayıtda zavodda partlayış - Yaralılar var
Sumqayıtda zavodda partlayış - Yaralılar var20-05-2025, 13:10. Yazar: Admin |
Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. “Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür. Geri dön |