Ana Sayfa > Karusel / Dünya > Putin müharibədən bezib - Tramp
Putin müharibədən bezib - Tramp20-05-2025, 12:06. Yazar: Admin |
Rusiya və Ukrayna liderləri ilə telefon danışığından sonra ABŞ prezidenti Donald Tramp müharibə edən iki ölkə arasında sülh danışıqlarının tezliklə irəliləyəcəyinə əminliyini ifadə edib. Zelenskinin sülh prosesinə kifayət qədər kömək edib-etmədiyi ilə bağlı suala o, belə cavab verib: ABŞ prezidenti yenicə işə başlayan Papa XIV Leo ilə bağlı da danışıb. O bildirib ki, yeni Papa da iki ölkə arasında sülhü təşviq etmək istəyir. Tramp Vatikanda sülh danışıqlarının aparılmasının "əla" olacağını bildirib. Məlumata görə, Tramp sülh prosesinə zərər vurmamaq üçün hələlik yeni sanksiyalar tətbiq etmək istəmədiyini də bildirib. Onun fikrincə, Ukrayna münaqişəsi Avropanın problemi olaraq qalmalı, ABŞ müdaxilə etməməli idi və Ukrayna məsələsində ciddi irəliləyiş olmasaydı, ABŞ nizamlanmadakı rolunu Avropaya verərdi. ABŞ prezidenti Ukraynaya silah tədarükünün artırılması imkanlarını nəzərdən keçirəcəyini qeyd edib və ABŞ-ın Ukraynaya “xarici ölkə üçün rekord məbləğdə” yardım etdiyini vurğulayıb. Geri dön |