Ana Sayfa > Karusel / Dünya > İsraildən Azərbaycana gələnlərin sayı artıb
İsraildən Azərbaycana gələnlərin sayı artıb20-05-2025, 10:07. Yazar: Admin |
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 faiz, Hindistandan - 32,9 faiz, Qırğızıstandan - 32,1 faiz, İspaniyadan - 28,8 faiz, Yaponiyadan - 26,7 faiz, Pakistandan - 22,5 faiz, ABŞ-dan - 20,2 faiz, Qazaxıstandan - 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 faiz, Kanadadan - 15,5 faiz, Niderlanddan - 10,7 faiz, İtaliya və Misirdən - 10,0 faiz artıb. 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 faiz artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 faiz azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 243,0 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 12,2 faiz artaraq 347,2 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib. 2025-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib. Geri dön |