Ana Sayfa > Karusel / Dünya > Tramp: Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq

Tramp: Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq


20-05-2025, 07:36. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bəyan edib ki, Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəs və münaqişənin yekunlaşdırılması ilə bağlı danışıqlara başlayacaq.
Qarabaginfo.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb.

“Rusiya Prezidenti Vladimir Putinlə iki saat davam edən telefon danışığım başa çatdı. Hesab edirəm ki, söhbət çox yaxşı keçdi. Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar”, – Tramp qeyd edib.


Geri dön