Ana Sayfa > Karusel / Qarabağ > Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO


20-05-2025, 07:06. Yazar: Admin

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Qarabaginfo.az xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.


Geri dön