Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Koçaryan Paşinyanın çevrilişi zamanı Serj Sarkisyana nə deyib? –- "Təəccübləndim"
Ana Sayfa > Karusel / Region > Koçaryan Paşinyanın çevrilişi zamanı Serj Sarkisyana nə deyib? –- "Təəccübləndim"

Koçaryan Paşinyanın çevrilişi zamanı Serj Sarkisyana nə deyib? –- "Təəccübləndim"


19-05-2025, 17:35. Yazar: Admin

 

Koçaryan
Koçaryan

Ermənistanın sabiq prezidenti Robert Koçaryan ilk dəfə 2018-ci ildə “məxməri inqilab” zamanı üçüncü prezident Serj Sarkisyana etdiyi telefon zəngi barədə danışıb.

Qarabaginfo.az bildirir ki, Robert Köçaryan bununla bğlı bir neçə xəbər saytlarına müsahibəsində deyib.

O qeyd edib ki, 2018-ci ilin aprelində Sarksiyana zəng etdib və vəziyyəti necə qiymətləndirdiyini soruşub. Çünki problem qartopu kimi böyüyürdü, vəziyyət nəzarətdən çıxırdı.

“2018-ci ilin aprelində mən üçüncü prezidentə zəng etdim. Ortaq dostlarımız vəziyyətin nəzarətdən çıxdığını deyirdilər. O, isə heç nə etmirdi. Ondan vəziyyəti necə qiymətləndirdiyini soruşdum. çünki hər şey nəzarətdən çıxırdı. Serj Sarkisyan çox sakit şəkildə cavab verdi ki, hər şey nəzarət altındadır. Mən təəccübləndim və bir neçə dəfə ondan hər şeyin nəzarət altında olub-olmadığını soruşdum. 5-6 gün sonra o, istefa verdi”, – ikinci prezident bildirib.

Koçaryan vurğulayıb ki, Serj Sarksiyan vəziyyətə düzgün qiymət verə bilməyib.


Geri dön