Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rusiya XİN Lavrovun İrəvanda müzakirə edəcəyi məsələləri açıqlayıb 
Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN Lavrovun İrəvanda müzakirə edəcəyi məsələləri açıqlayıb 

Rusiya XİN Lavrovun İrəvanda müzakirə edəcəyi məsələləri açıqlayıb 


19-05-2025, 16:15. Yazar: Admin

Lavrov Ermənistana gedir - Yeni Çağ

Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Respublika Xarici İşlər Nazirliyinin rəhbərinin İrəvanda erməni həmkarı Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyanla danışıqları planlaşdırılır.

Danışıqlarda ikitərəfli əməkdaşlığı, Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət və beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər. Gündəlikdə həmçinin regional təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivləri də var.


Geri dön