Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Milli Məclis sədri İspaniyaya rəsmi səfər edib
Milli Məclis sədri İspaniyaya rəsmi səfər edib19-05-2025, 11:28. Yazar: Admin |
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfər edib. Bu barədə Qarabaginfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Madrid şəhərinin Barahas Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini ölkəmizin İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq. Rəsmi səfər mayın 20-də başa çatacaq. Geri dön |