Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rumıniyada prezident seçkisində Nikuşor Dan qalib gəlib
Ana Sayfa > Karusel / Dünya > Rumıniyada prezident seçkisində Nikuşor Dan qalib gəlib

Rumıniyada prezident seçkisində Nikuşor Dan qalib gəlib


19-05-2025, 10:22. Yazar: Admin

 

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil avropayönümlü namizəd, paytaxt Buxarestin meri Nikuşor Dan səslərin 54,17 faizini toplayaraq qələbə çalıb.

Onun rəqibi, Rumınların Birləşməsi Alyansının lideri George Simion isə 45,83 faiz səs toplayıb.

Bu nəticələr bülletenlərin 98,56%-i hesablandıqdan sonra Daimi Seçki Administrasiyasının saytında dərc edilib.

Beləliklə Rumıniya mediası Danı seçkinin qalibi elan edib, 850 000 səsin sayılması qalıb və namizədlər arasındakı mövcud fərq 898 000 səsdir. 


Geri dön