Ana Sayfa > Karusel / Dünya > Tramp Putin və Zelenskiyə zəng edəcəyini bildirib

Tramp Putin və Zelenskiyə zəng edəcəyini bildirib


17-05-2025, 19:35. Yazar: Admin

ABŞ Prezidenti Donald Tramp

 

ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Tramp sosial media hesabındakı paylaşımında bildirib.
Tramp Ukraynada atəşkəsə ümid etdiyini vurğulayaraq, Putindən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcəyini qeyd edib.

O, bir sıra NATO üzvü ölkələrin liderləri ilə də telefon danışığı aparacağını əlavə edib.


Geri dön