Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xocasəndə yanğın başlayıb
Ana Sayfa > Karusel / Hadisə > Xocasəndə yanğın başlayıb

Xocasəndə yanğın başlayıb


16-05-2025, 17:34. Yazar: Admin

Xocasəndə yanğın başlayıb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

 

***

17.06

Xocasəndə taxta yeşiklər yığılan ərazi yanır.

FHN-dən Qarabaginfo.az-a verilən məlumata görə, “112" qaynar telefon xəttinə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən taxta yeşiklər yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Geri dön