Ana Sayfa > Karusel / Təhsil > I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb16-05-2025, 17:31. Yazar: Admin |
10 gün ərzində 1-ci sinif üzrə 102.500 uşağın sorğusu tamamlanıb. Bu barədə Qarabaginfo.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər. Vətəndaşlar dəstək üçün Alternativ qeydiyyat mərkəzlərinə, MÜTDA-nın və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər. Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Geri dön |