Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Səhiyyə > Nazir: Plastik cərrahların siyahısından kənarda qalanların öz ixtisasları çərçivəsində əməliyyatlar etməsinə icazə verilib
Nazir: Plastik cərrahların siyahısından kənarda qalanların öz ixtisasları çərçivəsində əməliyyatlar etməsinə icazə verilib16-05-2025, 14:28. Yazar: Admin |
“Məlumdur ki, plastik cərrahlarla bağlı xüsusi təftiş komissiyası yaradılıb, bu komissiyanın işi nəticəsində ölkə ərazisində plastik, estetik cərrah kimi fəaliyyət göstərən 42 cərrah müəyyən edilib”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildirib ki, bu siyahıdan kənarda qalan digər cərrahlar üçün öz ixtisasları çərçivəsində plastik və rekonstruktiv cərrahiyyə əməliyyatları etməyə icazə verilib: “Bu məsələ qanun çərçivəsində həllini tapıb”. Geri dön |