Ana Sayfa > Karusel / Dünya > Meksikada müəllimlər maaşlarının ikiqat artırılmasını tələb edirlər
Meksikada müəllimlər maaşlarının ikiqat artırılmasını tələb edirlər16-05-2025, 07:35. Yazar: Admin |
Təhsil İşçilərinin Milli Koordinasiya Şurasını (CNTE) təmsil edən 10 mindən çox meksikalı müəllim maaşlarının 100% artırılması tələbi ilə ölkənin paytaxtında etiraz aksiyası keçirib. Qarabaginfo.az xəbər verir ki, müəllimlər hökumətin 10% indeksləşdirmə təklifi ilə razılaşmadıqlarını bildiriblər. "Bu artım bizim üçün uyğun deyil - inflyasiya onu sadəcə yeyəcək. Biz maaşın 100 faiz artırılmasında israrımızı davam etdiririk", - onlar deyiblər. Qeyd edək ki, hökumət ölkə daxilində bütün təhsil işçilərinin maaşının 9 faiz artırılacağını və bu ilin sentyabrında əlavə 1 faiz artımın olacağını elan etmişdi. Geri dön |