“Rusiya İstanbulda ciddi danışıqların aparılmasına köklənib”.
Qarabaginfo.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O deyib ki, Kreml rəhbəri Vladimir Putinin müzakirələrlə bağlı təklifinin kökündə münaqişənin ilkin səbəblərinin aradan qaldırılması, habelə uzunmüddətli və dayanıqlı sülhün təminatıdır.