Ana Sayfa > Karusel / Dünya > KİV: İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır
KİV: İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır15-05-2025, 07:36. Yazar: Admin |
İran hakimiyyəti müəyyən şərtlər daxilində Birləşmiş Ştatlarla nüvə sazişi imzalamağa hazır olduğunu bildirib. "Şəmxani bildirib ki, İran heç vaxt nüvə silahı istehsal etməməyi öhdəsinə götürür, silah kimi istifadə oluna biləcək yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edəcək, uranı yalnız mülki məqsədlər üçün lazım olan aşağı səviyyələrdə zənginləşdirməyə razı olacaq və bu prosesin beynəlxalq müfəttişlər tərəfindən nəzarət olunmasına şərait yaradacaq. Bütün bunlar qarşılığında isə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar dərhal ləğv edilməlidir", — deyə məlumatda qeyd olunur. Geri dön |