Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
Ana Sayfa > Karusel / Kriminal > “Melissa Group”un rəhbəri həbsdən buraxıldı

“Melissa Group”un rəhbəri həbsdən buraxıldı


14-05-2025, 12:54. Yazar: Admin

melissa-groupun-rehberi-hebsden-buraxildi

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.

Xatırladaq ki, Q. Məmmədov martın 28-i Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.


Geri dön