Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan gələn il İƏT və AQEM-in zirvə görüşünə ev sahibliyi edəcək
Azərbaycan gələn il İƏT və AQEM-in zirvə görüşünə ev sahibliyi edəcək14-05-2025, 12:50. Yazar: Admin |
![]() Növbəti il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşünə ev sahibliyi və növbəti 2 il ərzində bu quruma sədrlik edəcək. Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib. Nazir müavini bildirib ki, eyni zamanda növbəti il Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşünə ev sahibliyi edəcək: “Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü də Azərbaycanda keçirilməlidir. Növbəti il üçün çox vacib digər tədbirlər var. Göründüyü kimi, Azərbaycan qlobal çoxtərəfliliyin mərkəzi rolunu oynaması funksiyası özünü praktiki göstərir. Növbəti illərdə də bunun davamı olaraq sistemli şəkildə fəaliyyət aparılacaq". Geri dön |