Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib
Ana Sayfa > Karusel / Region > KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib

KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib


14-05-2025, 07:37. Yazar: Admin

KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib

Tehran Yaxın Şərq ölkələrinin iştirakı ilə, ABŞ investisiyalarının da cəlb olunduğu uran zənginləşdirmə konsorsiumu yaratmağı təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, bazar günü Omanda İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bu planı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa təqdim edib.

Bildirilir ki, İran bu təşəbbüsü Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi irəli sürür.

Qəzetin məlumatına əsasən, mümkün konsorsium iştirakçıları sırasında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir.


Geri dön