Ana Sayfa > Karusel / Dünya > Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır
Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır13-05-2025, 22:06. Yazar: Admin |
ABŞ Prezidenti Donald Tramp Suriyaya “şans vermək” məqsədilə bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları ləğv etməyi planlaşdırdığını bəyan edib. Söhbət sabiq prezident Bəşər Əsədin hakimiyyəti dövründə ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalardan gedir. Tramp ümidvar olduğunu bildirib ki, Suriyanın yeni hökuməti ölkənin sabitləşdirilməsi və sülhün qorunması sahəsində uğur qazanacaq. Geri dön |