Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ala bilmədiyi maşını yandıran baş leytenant saxlanıldı
Ana Sayfa > Karusel / Kriminal > Ala bilmədiyi maşını yandıran baş leytenant saxlanıldı

Ala bilmədiyi maşını yandıran baş leytenant saxlanıldı


13-05-2025, 17:33. Yazar: Admin

Bir nəfərin avtomobil yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.

Qarabaginfo.azxəbər verir ki, bu barədə Unikal-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib.

O qeyd edib ki, əməli törətməkdə şübhəli bilinən Murad Əfəndiyev müəyyən olunaraq saxlanılıb:

"Araşdırmalarla onun 1 il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib.

Faktla bağlı Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir".

Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.

 


Geri dön