Ana Sayfa > Karusel / Hadisə > Kürdəmirdə qanunsuz tikili sökülüb - FOTO

Kürdəmirdə qanunsuz tikili sökülüb - FOTO


12-05-2025, 13:00. Yazar: Admin

 

Qobuda qanunsuz tikili söküldü - Video

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb.

Qarabaginfo.az xəbər verir ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində fiziki şəxs Abbaszadə Elsevər Əvəz oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


Geri dön