Ana Sayfa > Karusel / Dünya > Pentaqon: Çin 600-dən çox nüvə başlığına malikdir
Pentaqon: Çin 600-dən çox nüvə başlığına malikdir8-05-2025, 10:08. Yazar: Admin |
ABŞ Hərbi Hava Qüvvələrinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə rəis müavini Endryu Gebara bildirib ki, Çin Xalq Respublikası 600-dən çox nüvə başlığına malikdir. "Çin ABŞ müdafiəsi üçün əsas təhlükə olaraq qalır. O, nüvə qüvvələrinin genişləndirilməsi, modernləşdirilməsi və şaxələndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb", – deyə Gebara qeyd edib. O bildirib ki, ötən il eyni komitədə çıxışından bəri Çin nüvə arsenalını 100-dən çox başlıqla artıraraq ümumi sayı 600-dən yuxarıya qaldırıb. Geri dön |