Ana Sayfa > Karusel / Siyasət > Sumqayıtda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konsert keçirilib
Sumqayıtda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş konsert keçirilib8-05-2025, 09:59. Yazar: Admin |
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt Muğam Mərkəzində Dalğa Aşıqlar Qrupunun konserti təşkil olunub. Qarabaginfo.az xəbər verir ki, Çingiz Mehdipurun rəhbərliyi ilə baş tutan musiqili tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilib. Çıxış edən Zakir Fərəcov qeyd edib ki, Heydər Əliyev təkcə müasir Azərbaycanın qurucusu deyil, həm də xalqımızın zəngin mədəni irsinin qorunması və inkişafı istiqamətində əvəzsiz xidmətlər göstərmiş şəxsiyyətdir. O, Ulu Öndərin mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edərək bildirib ki, bu sahənin inkişafı, mədəniyyət işçilərinin dəstəklənməsi və gənc istedadların üzə çıxarılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Konsertdə çıxış edən Dalğa Aşıqlar Qrupu 1990-cı ildə yaradılıb və bu illər ərzində səsi-sorağı Azərbaycanın hüdudlarını aşaraq dünyanın müxtəlif ölkələrindən eşidilib. Geri dön |