Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Ana Sayfa > Karusel / Sosial > Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq


8-05-2025, 09:53. Yazar: Admin

Bakı və Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan Qarabaginfo.az-a verilən məlumata görə, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə 08.05.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Məlumata görə, təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.


Geri dön