Ana Sayfa > Karusel / Siyasət > Macarıstanın Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub - VİDEO
Macarıstanın Baş Qərargah rəisi Azərbaycanın hərbi müəssisələrində olub - VİDEO7-05-2025, 14:31. Yazar: Admin |
Azərbaycan müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, professor, general Qabor Böröndinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsi, Kibertəhlükəsizlik Mərkəzi və komando hərbi hissələrindən birini ziyarət edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə MN-dən bildirilib. Əvvəlcə HHQ-nin Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndələrə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-polkovnik Namiq İslamzadə müasir standartlara cavab verən, yüksək texnoloji imkanlarla təchiz edilmiş komanda məntəqəsinin strukturu və fəaliyyəti barədə məlumat verib. Qonaqlara ölkəmizin hava məkanına nəzarət, uçuş əməliyyatlarının koordinasiyası və qərargah səviyyəsində idarəetmə prosesləri barədə ətraflı brifinq təqdim olunub.
Geri dön |